Ərdoğan Putindən üzr İSTƏMƏYİB – RƏSMİ AÇIQLAMADA NƏ DEYİLİR?

24saat.org Türk mətbuatına istinadən bildirir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, prezident Ərdoğanın Rusiya Dövlət Başçısı Putinə göndərdiyi məktubunda Rus hərbi təyyarəsinin vurulmasıyla əlaqədar kədərləndiyini qeyd edərək, “Həyatını itirən Rus pilotun ailəsinə yenidən kədərlərini bölüşdüyümü və təziyələrimi bildirmək istəyirəm; qüsura baxmasınlar deyirəm” ifadələrindən istifadə edib.
Prezident sözçüsü Kalın prezident Ərdoğanın Rusiya Dövlət Başçısı Putinə göndərdiyi məktubda həmçinin Türkiyə ilə Rusiya arasındakı ənənəvi dostluq əlaqələrin təkrar bərpa edilməsi, regional böhranların həlli üçün əməkdaşlıq və terrorla birgə mübarizə aparılması üçün müraciət də etdiyini açıqlayıb.
İbrahim Kalın Türkiyə ilə Rusiyanın ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi üçün lazımi addımların atılmasının zəruri olduğuna dair fikrlərində qaldıqlarını da vurğulayıb.
Xatırladaq ki, Kremlin 27.06.2016-cı il tarixində yaydığı açıqlamada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Su-24 qırıcısının vurulmasına görə rusiyalı həmkarı Vladimir Putində məktub yazaraq “üzcün” olduğunu bildirdiyi açıqlanıb.
Mənbəyi məlum olmayan informasiyalarda isə Ərdoğanın Putindən üzr istədiyi israrla qeyd olunub. 24saat.org olaraq Türkiyə prezidentinin Putindən üzr istəmədiyini, hər iki dövlətinin sözçülərinin ictimaiyyətə açıqlamalarında belə bir ifadənin işlədilmədiyini bildiririk.
24saat.org

24saat.org
Loading...

Mehman Hüseynov AZADLIQDA! – FOTOLAR

Sonrakı Yazı »

Elçin Şıxlı: “Rusiyanın bizə ötürmək istədiyi mesaj….”

%d bloqqer bunu bəyənir: