24 saat

Ərdoğan-Putin görüşünə Avropadan reaksiya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin görüş tarixinin bəlli olması Almaniyanın narahatlığına səbəb olub.

Axar.az xəbər verir ki, Türkiyənin siyasi kursunda dəyişmə olduğunu yazan Almaniya mediası Ankaranın “yönümünü” Qərbdən Şərqə dəyişdiyini vurğulayıb.

“Şpigel” nəşri isə “Ərdoğanla Putinin eşqbazlığı NATO-ya təsir edəcək” başlığında məqalə yayımlayıb. Bəzi alman siyasətçilər Türkiyənin NATO üçün əhəmiyyətli tərəfdaş olduğunu vurğulamağı da unutmayıblar.

Qeyd edək ki, Putin və Ərdoğan arasında görüş avqustun 9-da Moskvada baş tutacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: