Ərdoğan Putinə izahat verdi


Türkiyə prezidenti Ərdoğan Rusiya prezidenti Putinə Suriya haqda bəyanatı ilə bağlı izahat verib


Ərdoğan demişdi ki, Türkiyə ordusu Suriyaya “əli xalqının qanına batmış” prezident Bəşər Əsədi devirmək üçün girib. Bu, Kremli təəccübləndirmişdi.

Rusiya prezidentinin köməkçisi Uşakov deyib ki, noyabrın 30-da Putinlə Ərdoğan arasında telefon söhbəti olub. “Bu məsələyə də toxunulub. O, müvafiq izahat verib” – deyə Uşakov bildirib, amma Ərdoğanın konkret olaraq nə dediyini açıqlamayıb.

Ərdoğan qalmaqallı bəyanatından əvvəl Türkiyə ordusunun Suriyaya girməsini “İslam dövləti” qruplaşaması və kürd yaraqlıları ilə mübarizə aparmaq istəyi ilə əlaqələndirirdi.

Rusiya Əsəd rejimini müdafiə edir və rejimə qarşı çıxan qüvvələri bombalayır.

Azadliq.org

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Mövlud Çavuşoğlu Bakıya gəlir

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: