24 saat

Ərdoğan müharibədən danışdı – Avropanı hədələdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya hərbi müdaxilə barədə mesaj verib.

Axar.az xəbər verir ki, Ərdoğan Kilisdə yaşanan çətinliklə bağlı sərhədin digər tərəfini təmizləmək üçün hazırlıqlar aparıldığını bildirib.

“Hələ də müttəfiqlərimizdən, regionda sülh gücü olan ölkələrdən arzulanan dəstəyi ala bilməmişik. Belə getsə, özümüz öz göbəyimizi kəsəcəyik. Bu məsələdə lazım olan addımları təkbaşımıza atmaqdan çəkinməyəcəyik. Açıq deyirəm, Avropa ölkələri bunun altından qalxa bilməz. Demokratiya və azadlıq anlayışlarından danışan Avropa Brüssel və Paris hücumlarından sonra dünyaya birlik nümayişi göstərdilər. Türkiyə də eyni təşkilata qarşı mübarizə aparır, ancaq bizi tək buraxıblar. Hətta utanmadan, çəkinmədən bəzi media orqanları və siyasətçiləri vasitəsilə ölkəmizin terror təşkilatlarına dəstək verdiyi barədə yalan danışmaqdan belə çəkinmirlər”, – Ərdoğan qeyd edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: