Ərdoğan HƏMAS lideri ilə görüşdü


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS lideri Xalid Meşalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, görüş Yıldız Mabeyn Köşkündə baş tutub.

Məlumata görə, tərəflər fələstinlilər arasında fikir ayrılıqları və Türkiyənin Fələstinə göndərdiyi humanitar yardımlarla bağlı müzakirələr aparıblar.

Ərdoğan söhbət zamanı Türkiyənin Fələstinin problemlərini həll etmək üçün daim səy göstərdiyini vurğulayıb.

Meşal da öz növbəsində Ankaranın Fələstinə verdiyi dəstəkdən dolayı təşəkkürünü bildirib.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

PKK Ayasofya Məscidinə hücum etdi

%d bloqqer bunu bəyənir: