Advertisements
24 saat

Ərdoğan alman generalını və deputatlarını Türkiyəyə buraxmadı


Türkiyə Almaniya Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri və Budestaqın bəzi üzvlərinin iyulda İncirlik hava bazasına planlaşdırılan səfərinə icazə verməyib.

APA bildirir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat katibi məlumat verib.

Bildirilib ki, Almaniya müdafiə nazirinin müavini Ralf Brauksiepe parlament nümayəndə heyəti ilə iyulda alman qoşunlarına baş çəkmək istəyib, lakin Bundestaq tərəfindən 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınması ilə bağlı Berlin və Ankara arasındakı gərginliyə görə səfərə icazə verilməyib.

“Hazırda Türkiyə hakimiyyət nümayəndələri səfər planını təsdiqləmirlər. Səbəblə bağlı isə yazılı açıqlama yoxdur”, – deyə Müdafiə Nazirliyinin mətbuat katibi “Der Spiegel” nəşrinə bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: