Now Reading:
Ən güclü azərbaycanlı və erməni döyüşçü üz-üzə
Full Article 2 minutes read

Ən güclü azərbaycanlı və erməni döyüşçü üz-üzə



Avqustun 27-də Gürcüstanda Fight Nights-ın təşkilatçılığı ilə “Yay kuboku” adlı möhtəşəm MMA idman növündə yarışlar keçiriləcək. Yarışda bir neçə ölkənin idmançıları ilə yanaşı, Ermənistan və Gürcüstanın ən peşəkar idmançıları da öz güclərini sınayacaqlar.

24saat.org sputnik.az-a istinadən bildirir ki, yarışla bağlı açıqlama verən Azərbaycan Fight Club Federasiyasının prezidenti Şəhriyar Abbasov, bununla bağlı onlara dəvət gəlmədiyini deyib: “Biz həmin yarışda iştirak etməyəcəyik. Amma həmin təşkilatın dəstəyi ilə Azərbaycanda ilin sonuna kimi “Fight nigth” ın yarışı keçiriləcək”.

Onun sözlərinə görə, oktyabrın 1-də Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunacaq yarışda Bəxtiyar Abbasov döyüşəcək. Moskvada 8 oktyabrda keçiriləcək növbəti belə yarışda isə idmançımız Elmar İbrahimov öz qüvvəsini sınayacaq.

“Biz çalışırıq ki, noyabr-dekabr ayında möhtəşəm finallar Azərbaycanda keçirilsin. Ən güclü idmançılarımızdan olan Nəriman Abbasov həmin yarışda çempionluq kəməri uğrunda mübarizə aparacaq” – Federasiya prezidenti bildirib.

Ş. Abbasov Azərbaycanda keçiriləcək yarışda ermənilərin iştirak etməyəcəyini dilə gətirib: “Ermənilərin Bakıya gəlməsi qeyri-mümkündür. Hətta nəinki idmançı, heç hakimin də gəlib döyüşlərə qatılmasına bir klubun rəhbəri olaraq imkan vermərəm”.

O, maraqli açıqlama da verib: “Gələcəkdə nəzərdə tutulub ki, erməni idmançı David Xaçatriyan ilə azərbaycanlı Nəriman Abbasov arasında döyüş olsun. Onlar MMA-da ən güclü idmançılar olduqlarından, bütün dünya arenaları üçün maraq dairəsindədirlər. Bu baxımdan gec-tez iki idmançı görüşməli olacaq”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: