Advertisements
24 saat

Əməkdar artist ərə gedir


Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva ailə həyatı qurmağa hazırlaşır.

Axşam.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa özü məlumat verib. N. Allahverdiyeva hazırda böyük eşq yaşadığını qeyd edib:

“Həyatımda bir kişi var, onu həddən çox sevirəm. Qadını gözəl edən sevgidir, məhəbbət ölüm kimi bir şeydir. O nə yaşa, nə zamana baxır, gözləmədiyin bir anda gəlir. Özümü xoşbəxt qadın sayıram. Bu günə kimi xoşbəxtliyin nə olduğunu bilməmişəm. Amma sən demə qadın üçün pul, var-dövlət, ad-san boş şeymiş. Qadın mütləq sevməlidir. Bir qadın sevirsə, deməli yaşayır”.

N.Allahverdiyeva bildirib ki, sevdiyi şəxs incəsənət adamı deyil:

“Sevdiyim kişi incəsənət adamı deyil, amma mənimlə dərindən maraqlanır və məni bir aktrisa kimi dəyərləndirir. Blirsiniz, mənim şöhrətim də olub, az-çox pul da qazanmışam. Amma xoşbəxt olmamışam. Əsas odur ki, o şəxs ürəyimcə olan insandır. Xoşbəxtəm ki, onu sevirəm”.

Aktrisa “toy gözlənilirmi” sualına “inşallah” deyə cavab verib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: