Advertisements
24 saat

Əliyevlə Sarkisyan Parisdə görüşəcək


Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Parisdə keçiriləcəyi gözlənilir.

Turan xəbər verir ki, bu barədə bu gün xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı Valter Ştaynmayerlə birgə mətbuat konfransında bildirib.

E.Məmmədyarovun sözlərinə görə, bu görüşün keçirilməsi ideyası Fransaya aiddir və Bakı buna etiraz etmir. Eyni zamanda, o, bu görüşün gündəliyini və tarixini açıqlamayıb.

Son həftələr rəsmi Paris dəfələrlə öz ərazisində Azərbaycan və Ermənistan prezidentlərin görüşünü təşkil etməyə hazır olduğunu bildirib. Bu bəyanatlar Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə keçirilən son Sankt-Peterburq görüşündən sonra səslənib. Həmin görüş bu ayın 20-də gerçəkləşmişdi.

azadliq.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: