Now Reading:
Əliyev və Sarkisyan razılığa gəlib
Full Article 40 second read

Əliyev və Sarkisyan razılığa gəlib



Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsində razılığa gəliblər.

RİA Novosti xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib

“Minsk Qrupunun həmsədrləri prezidentlərin Vyana və Peterburqda gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesinin sonrakı inkişafına dair götürdükləri öhdəliklərin reallaşdırılması istiqamətində aktiv iş görür.

Prezidentlər Qarabağda təmas xətti və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsində razılığa gəlib. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin cəlb olunması ilə münaqişənin nizamlanması üzrə danışıqların davam etdirilməsi planlaşdırılır. Diplomatik istiqamətdə proses tərəflər arasında gərginliyin azaldılması üçün vacibdir”-deyə Uorlik açıqlamasında qeyd edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: