“Əlilin 54 manat pensiya aldığı ölkədə deputatın maaşı həddən artıq yüksəkdir” – Millət vəkili


Deputatların maaşı cəmiyətdə ən çox müzakirə edilən məsələyə çevrilib.

Millət vəkili Vahid Əhmədovun deputat maaşı ilə dolana bilmirəm deməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Vahid Əhmədov bildirib ki, deputat maaşım 2200 manatdır və hazırkı vəziyyətdə o maaşla dolanmaq çətindir.

Bundan əlavə, deputat Elmira Axundova Gürcüstanda deputatların 4 min dollar aldığını, özünün isə 1850 manat almasından narazılıq edib.

Deputat maaşı ilə bağlı millət vəkili Araz Əlizadə fikirlərini ölkə.az-la bölüşüb:

“Müəllimlərin, həkimlərin, mühəndislərin maaşına baxanda mənim maaşım çox yüksəkdir. Ayrı ölkələrdə olan deputatlarla müqayisədə o qədər də yüksək deyil. Bundan əvvəl 30 il ərzində heç bir maaş almamış Araz Əlizadəni indiki maaşı qane edir və şaddığıma da şitlik etmək fikrim yoxdur. Azərbaycan vətəndaşıyam, əgər əlilliyə görə 54 manat pensiya verirlərsə, orta əmək haqqı 155 manat hesablanırsa, mənim maaşım çox-çox yüksəkdir.

ABŞ-da, Rusiyada və digər ölkələrdə kimin nə qədər maaş almağının mənə dəxli yoxdur. Mən özümü digər Azərbaycan vətndaşları ilə ölçməliyəm. Deyirlər, keçmiş rabitə naziri Əli Abbasovun aylıq şəxsi xərci 200-300 min manat arası olub. Onu hara xərcləyirmiş? Hər ay 200-300 min manatı hara xərcləmək olar? Şəxsən özünə 200-300 min manat xərcləmək qudurğanlığın son həddidir”.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

“Rabitəçilər işi”ndə Eldar Mahmudovun oğlunun adı çəkilib

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: