Advertisements
24 saat

Əli Kərimli İlqar Məmmədovu təbrik etdi


İyunun 14-də ReAl-ın sədri, siyasi məhbus İlqar Məmmədovun doğum günüdür. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilir:

“ReAl-ın sədri, siyasi məhbus İlqar Məmmədovu ad günü münasibətilə təbrik edirəm. Təəssüf edirəm ki, İlqar bəy 4-cü ad gününü də həbsxanada keçirir. İlqar bəy əsassız, qondarma cinayət işi bəhanə edilərək həbs olunub. Avropa Məhkəməsinin onun azad edilməsilə bağlı qərarının olmasına baxmayaraq, hakimiyyət onu həbsdə saxlamağa israr edir. İlqar bəy kimi ölkəsinə, millətinə faydalı ola biləcək siyasətçinin yeri həbsxana deyil. Hakimiyyətin İlqar bəyə qarşı kinli, qərəzli münasibəti hamıya bəllidir və hakimiyyətin özünü daha da ifşa edir. İlqar bəyə uzun ömür, can sağlığı, mübarizəsində uğurlar və tezliklə azadlığa çıxmağı arzulayıram”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: