Əli kərimli hakimiyyətə od püskürdü – Pulumuz varsa, niyə şəhidlərin “qan pulunu” ödəmirsiniz?


AXCP sədri Əli Kərimli Facebook səhifəsində Azərbaycan hakimiyyətinin Monteneqroya kredit ayırmasına münasibət bildirib:

“Ölkə əhalisi “Formula 1” bədxərcliyinin, Avropa Çempionatına 70 milyon avro sponsorluq xərcinin şokundan çıxmamış, indi xəbər yayılıb ki, Azərbaycan Monteneqroya 175 milyon avro kredit verir, üstəlik də 15 il müddətinə. Adamlar baş sındırırlar ki, axı bizim nə günümüzə yaraşır bir Avropa dövlətinə kredit vermək? Pulumuz varsa, niyə şəhidlərin “qan pulunu” ödəmirsiniz? Bəs deyirdiniz ki, dollar krediti olan vətəndaşlarımıza güzəşt üçün lazım olan 250 milyon dolları tapa bilmirsiniz? Bu qədər pulumuz varsa, niyə qeyri-neft sektoruna sərmayə qoyub, iş yerləri açmırsınız? Bir tərəfdən ölkəni milyardlarla yeni-yeni xarici borcla yükləyirlər, o biri tərəfdən də ölkənin öz halal vəsaitlərini axmaq, lazımsız layihələrə xərcləyirlər.
Normal adamlar öz normal məntiqlərilə bu mənasız bədxərcliyi başa düşə bilmirlər. Lakin əslində onların etdiyində məntiq var. Oğru məntiqi! SOCAR-ın Monteneqroda Adriatik dənizi sahilində dəyəri 500 milyon avro olan kurortun tikintisinə sərmayə qoyduğunu unutmamısınız ki? SOCAR həm də bu qədər pulu fiziki şəxs (?) adından yatırır Monteneqroya. Sizcə, kim ola bilər bu fiziki şəxs? Hər halda nə mən, nə də siz deyilsiniz. Bax, bu 175 milyon avroluq körpü də Monteneqroda SOCAR-ın hesabına qurulan 500 milyon avroluq kurortun daha mənfəətli olması üçün oraların infrastrukturunu abıra salmaq üçün lazımdır. Artıq neçənci dəfə sübut olunur ki, bunları bu ölkədə yalnız öz oğru biznes maraqları düşündürür. Millət necə tarac olur olsun, nə işləri var?”

azadliq.info

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Ramiz Mehdiyevin Bakını “udmaq” istəyinin pərdəarxası

%d bloqqer bunu bəyənir: