Advertisements
24 saat

Əli İnsanova yeni “cəza”: əfv ərizəsi yazmasa da əfv olunacaq


Sabiq səhiyyə naziri Əli İnsanov 28 may Respublika günü münasibətilə əfv olunacaq.

24saat.org-un əldə etdiyi məlumata görə, hakimiyyət bununla sabiq naziri yenidən “cəzalandırmaq” niyyətindədir. Belə ki, onsuz da Əli İnsanovun azadlığa çıxmasına 5 ay qalıb. 10 il 7 aydır, məhbus həyatı yaşayan sabiq nazirə dəfələrlə əfv ərizəsi yazmaq təklif olunsa da, o hər dəfə bundan imtina edib. İndi isə onun cəzasını başa vurmağa vur-tut 5 ay qalmış ölkə prezidentinin əfv sərəncamı ilə azadlığa çıxması bir növ Əli İnsanovun yenidən “cəzalandırılması” anlamına gəlir.

Məlumat üçün bildirək ki, Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində, dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq, 2007-ci ilin aprel ayında əmlakı müsadirə və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub.

Orxan

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: