Advertisements
24 saat

Əli İnsanov amnistiyadan yararlana bilməyəcək – VƏKİLİ DANIŞDI


Toğrul Babayev: “Amnistiya kimə şamil olundu ki, ona da şamil olunsun?”

Məlum olduğu kimi, 28 may Respublika Günü ilə bağlı amnistiya elan edilib. Bu amnistiyanın 10 min nəfərdən çox məhbusa şamil ediləcəyi, 3500 nəfərdən çox şəxsin isə bu amnistiya nəticəsində məhkum edildiyi cəzadan tamamilə azad ediləcəyi gözlənilir.
Maraqlıdır, sözügedən amnistiya Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanova şamil ediləcəkmi?
Məsələ ilə bağlı 24saat.org-un sualını cavablandıran Ə.İnsanovun vəkili Toğrul Babayev amnistiyanın sabiq səhiyyə nazirinə şamil edilmədiyini vurğuladı:
“28 may Respublika Günü ilə bağlı elan edilən amnistiyadan Ə.İnsanov yararlana bilməyəcək. Bir də ki, bu amnistiya kimə şamil olundu ki, ona da şamil olunsun?”

Seymur Əliyev

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: