Now Reading:
“Əl-Qaidə” terror qruplaşmasının rəhbərlərindən biri məhv edilib
Full Article 30 second read

“Əl-Qaidə” terror qruplaşmasının rəhbərlərindən biri məhv edilib



Əlcəzair hərbçiləri ölkənin şərqində “Əl-Qaidə” terror qruplaşmasının rəhbərlərindən birini məhv edib. Bu barədə “Sputnik” agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, terrorçu ölkənin şərqindəki Cincel vilayətində öldürülüb. Rəsmi xəbərə görə, Əlcəzair hərbçiləri iki təhlükəli terrorçunu məhv edib. Onlardan biri Əbu Harun Əlcəzairin şərqindəki terrorçuların rəhbərlərindəndir.

Öldürülmüş ikinci şəxs isə onu müşayiət etmiş terrorçu olub. Agentliyin xəbərində həmçinin bildirilir ki, hərbçilər əməliyyat zamanı terrorçulardan iki pulemyot və döyüş sursatı müsadirə ediblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: