Advertisements
24 saat

Əhməd Davudoğlunun “sağ əli” tutuldu


Əhməd Davudoğlunun xarici işlər naziri olduğu dövrdə Xarici İşlər Nazirliyində katib və xüsusi müşavir olaraq onun “sağ əli” sayılan səfir Gürcan Balık saxlanılıb.

APA-nın verdiyi məlumata görə, G. Balık Ankara Prokurorluğunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı apardığı istintaq çərçivəsində bu gün tutulub.

G. Balık 1995-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində işə başlayıb. 2008-2011-ci illərdə katib, 2011-2013-cü illərdə xüsusi müşavir, 2013-cü ilin yanvar-avqust aylarında BMT-nin YUNESKO-dakı daimi nümayəndəsi olub. 2013-cü ilin avqustunda Prezident Administrasiyasına xarici siyasət üzrə baş məsləhətçi postuna gətirilib. 2014-cü il avqustun 15-də Xarici Siyasət Məşvərət Şurasına üzv olan G. Balık 2016-cı ilin yanvarında bu vəzifədən azad edilib.

G. Balık Prezident Administrasiyasına xarici siyasət üzrə baş məsləhətçi kimi çalışdığı dövrdə, 2013-cü ilin sentyabrında BMT-nin toplantısında iştirak etmək üçün ABŞ-da gedən Ə. Davudoğlunun Fətullah Güləni də ziyarət etməsini o zaman prezident olan Abdullah Güldən gizlətməsi ilə diqqət mərkəzində olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: