Now Reading:
Əhməd Davudoğlu istefa verir? – AKP QURULTAYA GEDİR
Full Article 30 second read

Əhməd Davudoğlu istefa verir? – AKP QURULTAYA GEDİR



Bu ay Türkiyənin hakim partiyası AKP-nin növbədənkənar qurultayı keçiriləcək.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün prezident Ərdoğanla görüşən baş nazir Əhməd Davudoğlunun bu barədə sabah açıqlama verəcəyi bildirilir.

Partiyanın may ayında qurultaya gedəcəyi ifadə edilir. Kulislərdə baş nazir Əhməd Davudoğlunun namizəd olmayacağı deyilir.

Öz növbəsində, prezident administrasiyasındakı mənbələr görüşün adi olduğunu və bu barədə şərh verilməyəcəyini bildiriblər.

NTV telekanalının məlumatına görə, qurultayın keçirilməsinin dəqiq vaxtı sabah bəlli olacaq. Baş nazir Əhməd Davudoğlunun partiya sədrliyinə namizədliyini verməyəcəyi bildirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: