Advertisements
24 saat

Əfqanıstanda terror aktı törədilib – 10 NƏFƏR HƏLAK OLUB


Əfqanıstanın Paktiya əyalətində törədilən iki partlayış nəticəsində 10 nəfər ölüb.

Assosiated Press agentliyinin verdiyi xəbərə görə, içərisində bir ailənin 5 üzvü olan avtomobil minaya düşüb. Daha 5 nəfər traktorun partladılması nəticəsində ölüb. Hər iki hadisə Çamkan rayonunda qeydə alınıb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin insidentin baş verməsində tez-tez təhlükəsizlik qüvvələri və vətəndaşları hədəfə alan “Taliban” hərəkatı şübhəli bilinir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: