Advertisements
24 saat

ƏDV ləğv edilməyəcək


Səbəb bu gəlirlərin büdcə üçün həyati əhəmiyyət kəsb etməsidir

Son vaxtlar vergi sistemindəki ƏDV-nin ləğv edilməsi ilə bağlı ölkə mediasında müəyyən fikir və açıqlamalar səslənməkdədir. Belə ki, bəzi ictimai-siyasi şəxslər hesab edir ki, ƏDV-lərin ləğvi sahibkarların daha optimal fəaliyyəti üçün imkan yarada bilər.
Bu günlərdə özəl mənbədən 24saat.org– a daxil olan məlumatda ƏDV ilə bağlı ilginc informasiya yer alıb. ƏDV-nin dövlət büdcəsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə diqqət çəkən mənbə, onun ləğv edilməsinin sadəcə mümkün olmadığını bildirib:
“ƏDV-nin nəinki ləğv ediləcəyi, hətta ləğv edilməsinin mümkünlüyü ilə bağlı səslənən fikirlər belə həqiqəti əks etdirmir. Çünki ƏDV-dən əldə edilən gəlir dövlət büdcəsi üçün mühüm əhəmiyyət kəsb edir ki, ƏDV-nin ləğvi büdcəni bu vəsaitdən məhrum etmək deməkdir”.
Mənbənin sözlərinə görə, vergi daxilolmalarının məhz 1/3-i ƏDV-nin payına düşür. Başqa sözlə desək, vergidən büdcəyə illik daxilolmaların miqdarı 7 milyard manatdır ki, bunun da 2,4 milyardı məhz ƏDV-nin payına düşür. Belə olan halda, ƏDV-ni ləğv etmək dövləti milyardlarla manat vəsaitdən məhrum etmək deməkdir ki, bunun da ciddi fəsadlara səbəb olacağı birmənalıdır”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: