“Əcnəbi dildə reklama icazə verilməsi biabırçılıqdır”


Eldəniz Quliyev: “Görünən odur ki, reklam sahibləri hökumətə təzyqi etdi”

Məlum olduğu kimi, bu günlərdə əcnəbi dildə reklama icazə verən qanun layihəsinin qəbulu nəzərdə tutulur.

Maraqlıdır, belə bir qanunun qəbulunun Azərbaycan dilinə mənfi təsiri ola bilərmi? Ümumiyyətlə, bu qanunun qəbulu nə dərəcədə zəruridir?

24saat.org-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev bunun yolverilməz olduğunu vurğuladı:

“Belə bir qanunun qəbul edilməsi biabırçılıqıdır. Biz dəfələrlə məsələ qaldırmışıq ki, Bakının küçələrində, digər böyük şəhərlərdə xarici dildə reklamlar onsuz da çoxdur. Biz buna qarşı mübarizə aparır, KİV-də bu problemə diqqət çəkirdik. İndi belə çıxır ki, hökumətin problemi aradan qaldırmağa gücü çatmadı və ya reklamın sahibləri hökumət təzyiq etdi. Onlara “başa saldılar” ki, onsuz da bunu edə bilməyəcəksiniz. Yaxşı olar ki, qanun qəbul edib bunu rəsmiəşdirəsiz.

Mən baş verənləri belə görürəm. Dövlət dili Azərbaycan dili olan ölkədə belə bir qanunun qəbulu yolverilməzdir”.

Seymur Əliyev
24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: